Ölkə

Türkiyənin Qara dənizdə itkiləri 20 milyard dollara çata bilər

Türkiyənin Ukraynanın Qara dənizdə ticarət gəmilərinə hücumları nəticəsində son üç ayda itkilərinin 20 milyard dollara çata biləcəyi bildirilir.

AZERFAX.AZ xəbər verir ki, bunu “Bloomberg HT”yə açıqlamasında “Transbosphor Deniz Taşımacılığı” şirkətinin İdarə Heyətinin sədri Mustafa Can deyib.

O, Türkiyə bayrağı altında üzən gəmilərin də hücuma məruz qaldığını bildirib və baş verənləri “pirat hücumları” adlandırıb.

Mustafa Canın sözlərinə görə, itkilərə daşımaların pozulması, boğazlardan keçid gəlirlərinin azalması və gəmilərin təmir xərcləri daxildir. O, vəziyyətin taxıl daşımalarına da təsir etdiyini və buğdanın qiymətinin 17 faiz artdığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button