İdman
Ulduz futbolçu “Qalatasaray”la bağlı qərar verdi

“Qalatasaray” “Yuventus”un yarımmüdafiəçisi Kefren Türamı transfer etmək üçün hərəkətə keçib.
AZERFAX.AZ xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı futbolçu üçün 30 milyon avroluq təklif irəli sürüb. “Tuttosport”un məlumatına görə, Türam bu keçidə razı deyil. Futbolçu karyerasını Turin klubunda davam etdirmək niyyətindədir.
Bununla belə, maliyyə balansını qorumağa çalışan “Yuventus” gələn təklifləri nəzərdən keçirməyə hazırdır. İtaliya nəhəngi Kefren Türamın transferi üçün minimum 40 milyon avro tələb edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



