İdman

Bloxin, Bekkenbauer və van Basten – Kannavaro 4-cü oldu

Fabio Kannavaro tarixdə Dünya Kubokunda həm oyunçu, həm də məşqçi kimi iştirak edən dördüncü “Qızıl top” mükafatçısı olub.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “OptaPaolo” məlumat yayıb.

Bu, italyan məşqçinin Özbəkistan milli komandasını 2026-cı il Dünya Kubokunda Kolumbiyaya qarşı K qrupunun açılış oyununa çıxarmasından sonra baş verib.

Bununla da o, Oleq Bloxin, Frans Bekkenbauer və Marko van Bastenə qoşulub.

Kannavaro futbolçu kimi dörd Dünya Kubokunda (1998, 2002, 2006 və 2010) oynayıb. 2006-cı ildə dünya çempionu olub və elə həmin il də “Qızıl Top” mükafatını qazanıb.

Xatırladaq ki, Kolumbiya K qrupunun ilk tur matçında Özbəkistanı 3-1 hesabı ilə məğlub edib.

 

Related Articles

Bir cavab yazın

Back to top button