Ölkə
Ulduz futbolçu “Real”dan ayrıldı

“Real Madrid”in müdafiəçisi Fran Qarsiya karyerasını “Real Betis”də davam etdirəcək.
AZERFAX.AZ xəbər verir ki, futbolçu “Betis”lə 2030-cu ilə qədər müqavilə imzalayıb.”Real” Qarsiyaya xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, Fran Qarsiya 2013-cü ildə 14 yaşında klubun akademiyasına qoşulub. O, 2023-cü ildə əsas komandaya yüksəlib və üç mövsümdə 110 oyunda iştirak edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



