Ölkə

Xaricdə təhsil vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Bakının Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

AZERFAX.AZ xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button