Xavinin yeni klubu bilindi – Avropa nəhəngində işləyəcək

“Mançester Yunayted” Ruben Amorimi istefaya göndərə bilər.
AZERFAX.AZ xəbər verir ki, klub rəhbərliyi artıq onun yerinə namizəd müəyyənləşdirib. “The Sun” nəşrinin məlumatına görə, “Mançester Yunayted” “Barselona”nın sabiq baş məşqçisi Xavi Ernandeslə danışıqlar aparır. İddialara görə, tərəflər arasında danışıqlar məhsuldar keçib. Xavi yeni mövsümdən “Mançester Yunayted”də işləməyə razılıq verib.
Qeyd edək ki, “Mançester Yunayted” oyunçularının Ruben Amorimin taktikasından narazı olduğu barədə xəbərlər dərc edilmişdi. Bildirlib ki, Ruben Amorim “Mançester Yunayted”i 3-4-3 sistemi ilə oynadır və oyunçular buna uyğunlaşmaqda çətinlik çəksə də, məşqçi Amorim oyun tərzini dəyişmək fikrində olmadığını açıq şəkildə bəyan edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.