Ölkə

Yatan qütb ayısını gəmi siqnalı ilə oyadan şəxs 5 min dollardan çox cərimələndi

Norveçin Svalbard arxipelaqında sahildə yatan qütb ayısını gəminin duman siqnalı ilə qəsdən oyadan şəxs 50 min Norveç kronu (təxminən 5 300 dollar) məbləğində cərimələnib.

AZERFAX.AZ xarici mediaya istinadən xəbər verir ki, hadisə Svalbard sahillərində hərəkətdə olan gəmidəki şəxslərin sahildə yatan qütb ayısını görməsi ilə baş verib. Gəmidəki şəxslərdən biri heyvanı oyatmaq məqsədilə dənizçilikdə əsasən xəbərdarlıq üçün istifadə olunan yüksək səsli duman siqnalını işə salıb.

Siqnalın səsindən diksinən qütb ayısı yuxudan oyanaraq ərazidən uzaqlaşıb.

Svalbard qubernatoru Lars Fause tərəfindən aparılan araşdırma zamanı hərəkətin qəsdən törədildiyi və qorunan heyvanın əsassız şəkildə narahat edildiyi müəyyənləşdirilib. Svalbardın ekoloji qaydalarına əsasən qütb ayılarını qəsdən narahat etmək, cəlb etmək və təqib etmək qadağandır.

Hadisəni törədən şəxs 50 min Norveç kronu məbləğində inzibati cəriməni ödəməyə razı olub.

Svalbardda qütb ayıları xüsusi mühafizə altındadır və hakimiyyət orqanları iqlim dəyişikliyinin yaratdığı təhdidlər fonunda heyvanların lazımsız şəkildə narahat edilməsinə qarşı ciddi tədbirlər görür.

Related Articles

Bir cavab yazın

Back to top button