Ölkə

Yekun razılaşma üçün yaxşı əsas formalaşıb

ABŞ-nin vitse-prezidenti Cey Di Vens İran tərəfi ilə aparılan danışıqlarda uğurlu yekun razılaşma üçün yaxşı əsas formalaşdırıldığını bildirib.

AZERFAX.AZ xəbər verir ki, Vens İsveçrənin Bürgenstok qəsəbəsində ABŞ-İran arasında imzalanan anlaşma memorandumuna dair açıqlama verib. O, müzakirələrdə ciddi irəliləyiş əldə olunduğunu və yekun razılaşma üçün müsbət zəmin yarandığını qeyd edib. Vens Hürmüz boğazının açıq olduğunu vurğulayaraq, ABŞ-yə qayıdacağını, lakin texniki qrupların razılaşmanın icrası üçün işini davam etdirəcəyini deyib.

O, neft və qaz axınının davam etdiyini, qiymətlərdə eniş müşahidə olunduğunu bildirib və boğazın təhlükəsizliyi üçün koordinasiya mərkəzinin yaradılmasının vacibliyini qeyd edib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Related Articles

Bir cavab yazın

Back to top button