Ölkə

“Zirə” evdə “Neftçi”ni məğlub etdi

Misli Premyer Liqasının III turunda “Zirə” evdə “Neftçi”ni məğlub edib.

AZERFAX.AZ Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı Qismət Alıyev “Neftçi”nin qapısından keçirib.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında “İmişli” “Şəfa”nı (1:0), “Kəpəz” “Turan Tovuz”u (1:0) məğlub edib. “Qəbələ” – “Şamaxı” görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura avqustun 31-də yekun vurulacaq.

Related Articles

Bir cavab yazın

Back to top button