Azərbaycan neft ixracından qazancını artırıb


Bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 7,8 % az, dəyəri isə 10,5 % çoxdur.
Ötən 8 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 42,55 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27,8 % artıb, idxal isə 24,1 % azalıb.



