Bitkoin ucuzlaşdı – cüzi olsa da

Kriptovalyuta bazarının kapitallaşması son sutkada 0,07% artaraq 2,69 trln. ABŞ dollarına çatıb.
AZERFAX.az xəbər verir ki, CoinMarketCap platformasında bazarın aparıcı kriptovalyutası olan “Bitcoin”in qiyməti son 24 saatda 0,10% azalaraq 80 662 ABŞ dolları olub.
Bazar dəyərinə görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum”un qiyməti isə 0,04% artaraq 2 327 ABŞ dollarına yüksəlib.
İlk onluqda yer alan digər kriptovalyutalardan BNB-nin qiyməti 0,62%, “Bitcoin Cash”in qiyməti 0,60%, “Monero”nun qiyməti 0,86%, “Bittensor”un qiyməti isə 1,41% artıb. “Zcash”in qiyməti 3,83% azalıb.
Bazar iştirakçılarının risk iştahını əks etdirən “Fear & Greed Index” 50 bənd səviyyəsində qərarlaşıb ki, bu da neytral əhval-ruhiyyəyə işarə edir.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarında qarışıq dinamika investorların ABŞ-də monetar siyasətə dair gözləntiləri və qlobal geosiyasi riskləri qiymətləndirməsi ilə bağlıdır.



