Hadisə

Tovuzda minik maşını yük avtomobili ilə toqquşdu – Xəsarət alan var

Tovuz rayonunda minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində azyaşlı ağır xəsarət alıb.

AZERFAX.az Teleqraf-ın Qərb bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

“VAZ-2107” markalı minik avtomobili “ZİL” markalı yük maşını ilə toqquşub. Qəza zamanı minik avtomobilində olan 8 yaşlı Nicat Orucov ağır bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button