Hadisə
Ağstafada mağaza sahibi müştərini bıçaqladı

Ağstafada geyim mağazasında mübahisə qanla nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərinin mərkəzində baş verib. Mağaza sahibinin müştərdən biri ilə aralarında narazılıq yaranıb. Onlar arasında mübahisə sonrada davaya çevrilib. Mağaza sahibi Rəşad Hacıyev 1991 – ci il təvəllüdlü Babək Hüseynova ürək nahiyyəsindən kəsici deşici alətlə xəsarət yetirib. Yaralı Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağstafa Polis Şöbəsində araşdırma başlanılıb.



