Hadisə
Goranboyda əkin sahəsində 22 yaşlı gəncin meyiti tapıldı

Goranboyda əkin sahəsində gənc oğlanın meyiti tapılıb. AZERFAX.az -ın yerli bürosunun məlumatına görə hadisə rayonun Bəşirli kəndində baş verib. 2004-cü il təvəllüdlü Əkbər Abbasovun kəndin yaxınlığındakı əkin sahəsində çatsın bədəni aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.



