Hadisə
Şəmkirdə qan töküldü, 1 nəfər həyatını itirdi.

Şəmkirdə 67 yaşlı kişi aldığı bıçaq xəsarətindən dünyasını dəyişib. AZERFAX.az -ın yerli bürosunun məlumatına görə
hadisə rayonun Zəyəm qəsəbəsində baş verib.
1959-cu il təvəllüdlü Azad Mahmudov bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin versiyaya əsasən hadisəni 53 yaşlı Zəyəm qəsəbə sakini Sadıx İsmayılov törədib. Hər iki şəxs qonşu olduğubildirilir. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.



