
Gəncədə yol nəqliyyat hadisəsi ölümlə nəticələnib. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” və “BMW” markalı avtomobillərin toqquşması zamanı 1973-cü il təvəllüdlü Talıb Cabbarov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişinlər 2006-cı il təvəllüdlü Gülnarə Cabbarova, 1993-cü il təvəllüdlü Münasib Hüseynov və 1999-cü il təvəllüdlü Zülfiyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalivələri davam etdilir. Faktla bağlı araşdırma başlanılıb.
AZERFAX.az Qərb Bürosu