Hadisə
Goranboyda ot bağlamaları yanır.

Goranboyda güclü yanğın baş verib. Rayonun Xan Qərvənd kənd sakini, 1933-cü il təvəllüdlü Nurəddin Qarayeva məxsus fermada ot bağlamaları yanıb. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy, Tərtər rayonunlarının və Naftalan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı fermada 5000 ot bağlaması yanıb. FHN əməkdaşları tərəfindən yanğının digər ərazilərə keçməməsi üçün işlər aparılır. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
AZERFAX.az Qərb Bürosu