Hadisə

Şəmkirdə kişi ildırım vurması nəticəsində ölməyib, bəs səbəb nə olub?

Şəmkirdə ildırım vurması nəticəsində öldüyü  deyilən 57 yaşlı kişinin ürəktutması nəticəsində öldüyü məlum olub.

AZERFAX.az-ın  yerli bürosu xəbər verir ki, Şəmkir rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, 1969-cu il təvəllüdlü Faiq Bağırovun ölüm səbəbi ürəktutması olub. Onun müyiti üzərində hər hansı ildırımvurma əlaməti aşkarlanmayıb. Faktı mərhumun yaxın qohumları da təsdiq edib. Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button