Hadisə

Samuxda ağır qəza, 3 ölü, 1 yaralı var

Samuxda baş verən ağır yol nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə rayonun Sarıqamış kəndi istiqamətində baş verib. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “VAZ2107” markalı maşın toqquşması zamanı 1975-ci il təvəllüdlü Samir Əhmədov, 1987-ci il təvəllüdlü Fəridə Əhmədova və 1962-ci il təvəllüdlü Aqilə Alıyeva həlak olublar. Hadisə nəticəsində 2009-cu il təvəllüdlü Əhməd Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı həyatını itirənlər Samuxun Burunqocaq kənd sakinləridir və bir ailənin üzvləridir.

Related Articles

Bir cavab yazın

Back to top button