Hadisə

Gəncədə ağır qəza-maşın aşdı, sürücü xəstəxanalıq oldu.

Gəncədə yolda aparılan təmir işləri xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Hərəkətdə olan “LADA Priora” markalı minik avtomobili yolda qazıntı işləri nəticəsində yığılan torpaq təpəsinə çırpılıb.

Zərbənin təsirindən avtomobil yolun kənarına aşıb. Qəza nəticəsində sürücü, 1989-cu il təvəllüdlü Q. Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə zamanı avtomobilə də ciddi ziyan dəyib.

İlkin versiyaya görə hadisəyə səbəb olan torpaq təpəsi ərazidə elektrik xətlərinin yenilənməsi üçün bir müddətdir ki, yolun hərəkət hissəsi qazıldlğından yaranıb.

Faktla bağlı araşdırma aparılır.

AZERFAX.az Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button