Hadisə
Bakı sakini Tovuzada qətlə yetirilib

Tovuzda 32 yaşlı kişinin qətli ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub. AZERFAX.az yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Quliyev kəsici-deşici alətlə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və 32 yaşlı kişi dünyasını dəyişib.
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Asəf Rüstəmov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.



