Azərbaycan UN-Habitat İcraiyyə Şurasına üzv seçildi

AZERFAX.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcəkdir.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal əhəmiyyətli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.