Siyasət

Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola bilər


Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər.

AZERFAX.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib.


O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək.

H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur.

Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button