“İmamoğlu işi” ilə bağlı 12 nəfər barədə həbs qərarı verildi

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə açılmış cinayət işində üç nəfər həbs edilib.
AZERFAX.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Həbs edilənlər bələdiyyənin İstanbul Planlaşdırma Agentliyinin rəhbəri Buğra Göyçe, “İmamoğlu İnşaat” şirkətinin baş direktoru Tuncay Yılmaz, bələdiyyənin digər əməkdaşları Murat Abbas, Alper Aydın, Eyüp Subaşı, Kamil Timur Sarıbaş, Mete Sarısaltuk, Ali İlbak, Adem Tuncay, Ali Nuhoğlu, Ahmet Köksal, Hakan Karanis və Tuncay Yılmaz, eləcə də istintaq çərçivəsində əsas diqqətdə olanlardan biri Sərdar Haydanlıdır.
Xatırladaq ki, terror və korrupsiya ittihamları çərçivəsində bələdiyyə sədri Əkrəm İmamoğlu və 89 şübhəli bundan əvvəl məhkəmədə dindirilib. Yaxın saatlarda hökmün elan olunacağı gözlənilir.