Siyasət
İranın vitse-prezidenti istefa verdi

İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra istefa verib.
AZERFAX.AZ xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilib ki, Zərif istefa ərizəsini İran Məclisinin iclasından sonra təqdim edib. Həmin iclasda Hemmati vəzifəsindən uzaqlaşdırılıb.
Lakin, İran prezidenti Məsud Pezeşkian hələlik Zərifin istefasını qəbul etməyib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.