Siyasət

“Qalatasaray”ın planı çökdü – Osimhen bu kluba gedir


“Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin futbolçusu Viktor Osimhen “Arsenal”a transfer ola bilər.


AZERFAX.AZ xəbər verir ki, “Arsenal” futbolçunu transfer etmək üçün təklif irəli sürüb. “Teamtalk”da dərc edilən xəbərə görə, “Arsenal” Viktor Osimhenin transfer yarışında ən üstün komanda olub. İngiltərə klubu Viktor Osimhenin 75 milyon avroluq sərbəst qalma pulunu ödəməyi təklif edib. Bildirilir ki, təklif “Napoli”ni qane edir.

Qeyd edək ki, “Qalatasaray” Viktor Osimheni birdəfəlik transfer etmək üçün təklif irəli sürsə də, təklif “Napoli”ni qane etməyib. Bu mövsüm “Qalatasaray”ın heyətində 27 matçda iştirak edən Viktor Osimhen 20 dəfə fərqlənib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button