Siyasət

Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstək artır

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən IV konfransında qəbul edilən bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub.

AZERFAX.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib:

“Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button