Region
Daşkəsəndə güclü yağışlar zamanı yaranan sel qoyunları məhv edib.

Daşkəsəndə gecə saatlarında yağan güclü yağış və sel ciddi fəsadlara səbəb olub. AZERFAX.az-ın yerli bürosunun məlumatına görə hadisə Zəylik kəndi istiqamətinə gedən yolun kənarında yerləşən yataqda qeydə alınıb. Rayonun Quşçu kənd sakini Təhməz Rzayevə məxsus 77 baş xırdabuynuzlu heyvan sel sularında boğularaq tələf olub. Bundan başqa, güclü yağış nəticəsində yaranan sel suları Quşçu kəndinə gedən yolda, eləcə də rayonun bir sıra digər yaşayış məntəqələrinə aparan avtomobil yollarında hərəkətlə bağlı ciddi çətinliklər yaradıb.
Bildirək ki, ötən gecə Gəncə şəhəri və ətraf rayonlarda güclü yağış yağıb, bəzi ərazilərdə sel hadisələri müşahidə olunub.





