Region
Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı – Foto

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb.
AZERFAX.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb.
2010-cu il təvəllüdlü Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.



