Region

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə “Beynəlxalq Ailə Günü” ilə əlaqədar tədbir keçirildi.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 15 May “Beynəlxalq Ailə Günü” ilə əlaqədar Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədbir təşkil olunub.

Tədbirdə çıxış edən ADAU-nun prorektoru Aidə Qasımova milli-mənəvi, ailə dəyərlərinin qorunub saxlanılması, gənc nəslə aşılanması, yeniyetmə və gənclərin vətənə və xalqına sevgi, böyük nəslə hörmət hissi ilə tərbiyə olunması barədə fikirlərini bölüşərək, gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda gələcəkdə nümünəvi ailə sahibi olması və ailə məsuliyyətinin formalaşdırılması mövzularında da tövsiyələrini verib.

Gəncə ŞBX-nin direktor müavini Ruhəngiz Əliyeva gənc nəslin diqqətinə reproduktiv sağlamlıq, doğulan körpələrin cins nisbətinin pozulmasının qarşısının alınması, sağlam həyat tərzinin nə dərəcədə faydalı olduğunu çatdırıb.

Sağlam ətraf mühit və cəmiyyətin diqqətini ailə məsələlərində narahatlıq doğuran amillərə yönəldilməsi mövzusunda çıxış edən Gəncə ŞBX-nin ailə həkimi-terapevt Tükəzban Məmmədova gəncləri pis vərdişlərdən çəkinməyə, sağlam həyat tərzinə, elmə, maarifə meyil etməyə səsləyib.

Psixoloq Zərif Qurbanova ailə dəyərlərinin qorunması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi, hüquqşünas Hadı Hüseynov isə əhalinin, xüsusilə gənclərin erkən evlilik və qohum hesab edilən şəxslər arasında evliliklərin mənfi nəticələri barədə məlumat verib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button