Region

Gəncədə bıçaqlanan kişi evə buraxıldı.

Gəncədə bud nahiyəsinin kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü E.İsmayılov evə buraxılıb. AZERFAX.az-ın yerli bürosu Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər verir ki, 20.04.2025-ci il tarixində saat 19:00 radələrində 1990-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Sol budun deşilmiş yarası və sağ budun üçdə bir hissəsinin deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb” deyə məlumatda bildirilir.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button