Region

Gəncədə vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib

Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra edilən “Əlçatan hüquq” layihəsi çərçivəsində qurumun Gəncə-Daşkəsən Regional Filialında növbəti vətəndaş qəbulu keçirilib. AZERFAX.az xəbər verir ki, qəbul zamanı Gəncə şəhəri Vəkillər Bürosunun vəkili Həmid Həsənov və regional filialın əməkdaşlarının iştirakı ilə vətəndaşlar qəbul edilib, onlara ödənişsiz hüquqi yardım göstərilib.

Qəbulda müraciətlər dinlənilib, vərəsəlik, kirayə müqaviləsi, sosial sığorta stajının təsdiqi, təqaüdlərin hesablanma qaydaları və digər məsələlər üzrə hüquqi izahat və müvafiq tövsiyələr verilib.

Layihənin məqsədi vətəndaşların, xüsusilə sosial həssas qrupların hüquqi xidmətlərə əlçatanlığını artırmaq, hüquqi biliklərini gücləndirmək və hüquqlarının müdafiəsinə dəstək göstərməkdir.

Vəkil Həmid Həsənovun sözlərinə görə qəbul zamanı vətəndaşları maraqlandıran suallara cavablar verilib və hüquqi yardımlar göstərilib, qarşılaşdıqları çətinliklər zamanı qanun çərçivəsində hüquqi izahatlar verilib.

Related Articles

Bir cavab yazın

Back to top button