Ölkə
Cinayət törədən 39 nəfər saxlanılıb


Oktyabrın 5-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
AZERFAX.AZ xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.



