Region

Ticarət mərkəzində insident – Xəsarət alan var


Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

AZERFAX.AZ APA-ya istinadən xəbər verir ki, Biləsuvar rayonunda yerləşən ticarət mərkəzində baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb. Hadisə 2003-cü il təvəllüdlü, rayon sakini Samir Ruslan oğlu Abbaszadə ilə ticarətçi Babayev İkram Cavanşir oğlu Babayev arasında yaranmış mübahisə zəminində baş verib.

Mübahisə zamanı Babayev İkram, Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button