Region

Tovuz məktəbində şagirdlərin halı niyə pisləşib?

Tovuz rayonunun Cırdaxan kənd məktəbində şagirlər dəm qazından deyil, pelet sobasının tüstüsü nəticəsində zəhərləniblər. AZERFAX.az-ın yerli bürosunun məlumatına sinifdə olan 18 şagirddən 5-nın Eyyubova Solmaz Seyfəddin qızı, Həsənova Mədinə Fərhad qızı, Malıyeva Aytac Zülfüqar qızı, Quliyeva Lalə Vəkil qızı, Ələkbərzadə Bənövşə Abdul qızı zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onlara ilkin tibbi yardım göstərilir.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi Bizim. Media-nın sorğusuna rəsmi cavab ünvanlayıb:

“Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır.  Hazırda aidiyyəti qurum tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır” deyə açıqlamada bildirilir.

Xatırladırıq ki, Tovuz məktəblərində pelet tipli sobadan zəhərlənmə faktı ilk deyil.

AZERFAX.az  Qərb Bürosu

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button