Region

Gəncə Dövlət Milli Dram Teatrı 131-ci teatr mövsümünü açır

Gəncə Dövlət Milli Dram Teatrı 131-ci teatr mövsümünün açılışına start verir.
AZERFAX.az-ın Qərb bürosunun məlumatına görə, teatrın yeni mövsümünün açılış tamaşası sentyabrın 18-də “Üzeyir Hacıbəyli Musiqi Festivalı” çərçivəsində keçiriləcək.
Bu münasibətlə Gəncə Dövlət Milli Dram Teatrının səhnəsində Azərbaycan dramaturgiyasının klassik nümunələrindən biri – Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli Şah” komediyası nümayiş olunacaq. Tamaşanın Quruluşçu rejissoru Gümrah Ömərdir.
Rolları Xalq artisti Pərvanə Qurbanova, Əməkdar artist Elxan Yunis, İlham Hüseynov, aktyorlar Samir Abbasov, Günay Xanlar qızı, Zəminə Cəfərova, Rauf Huseynov, Səbinə Cabbarova və başqaları oynayır.
131-ci teatr mövsümünün Azərbaycan dramaturgiyasının banilərindən biri olan M.F.Axundzadənin əsəri ilə açılması xüsusi əhəmiyyət daşıyır. Tamaşanın “Üzeyir Hacıbəyli Musiqi Festivalı” çərçivəsində təqdim edilməsi isə Gəncənin zəngin teatr və musiqi ənənələrinin növbəti nümayişidir.
Qeyd edək ki, Gəncə Dövlət Milli Dram Teatrı Azərbaycan teatr mədəniyyətinin inkişafında mühüm rol oynayan sənət ocaqlarındandır. Yeni teatr mövsümündə də tamaşaçıları müxtəlif səhnə əsərləri və yaradıcı layihələr gözləyir.

Related Articles

Bir cavab yazın

Back to top button