AZERFAX TV

Qleb onunla bir komandada oynamış “kolxozçu”nun adını açıqladı

“Arsenal” və “Barselona”nın keçmiş yarımmüdafiəçisi Aleksandr Qleb oynadığı komandalarda ən zövqsüz geyinən futbolçu haqda danışıb.

AZERFAX.AZ xəbər verir ki, belaruslu “Arsenal”ın keçmiş müdafiəçisi Kolo Tureni seçib.

Qleb “Fonbet” “YouTube” kanalında “Oynadığınız klublarda əsas “kolxozçu” kim idi?” sualına belə cavab verib:

“Məsələn, Kolo Ture bahalı geyinirdi, amma heç cür uyğun gəlmirdi. Sonq da, elə. Mən “Arsenal”dan gedəndə Sonq çox qazanmırdı, ona görə də təvazökar geyinirdi”.

Qleb 2019-cu ildə karyerasını bitirib. O, “Arsenal” və “Barselona” ilə yanaşı, “Ştutqart”, “Birminhem Siti”, BATE və bir neçə başqa komandada da oynayıb.

AZERFAX.AZ

Related Articles

Bir cavab yazın

Back to top button