“Çətin günüm olanda qızılımı satıram” – Pərvin

“Son 3 ildir səhhətimdə ciddi problemim var idi. Ayağımda və qida borumda problem yarandı. Mədəmdəki axlorhidriya xəstəliyi nevroloji durumla əlaqədar idi”.
AZERFAX.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva aktyor Fərda Xudaverdiyevin yutub layihəsində deyib.
Aktrisa uzun müddətdir səhnədən uzaqlaşmasından söz açıb. O bildirib ki, səhhətində yaranan problemlərə görə aktrisalıqdan uzaqlaşıb.
Pərvin “Qazancın hardandır” sualına belə cavab verib:
“O vaxt deyirdilər bu qədər pulu hardan alır? Deyirdim ki, açılışlara gedirəm, reklamlarda, seriallarda rol alıram. İnandıra bilmirdim ki, mən özüm qazanıram. İndi blogerlərin etdiyini, o vaxt mən edirdim. Amma indi blogerlərə elə mənfi şərh yazan var? Yoxdur.
Vaxtilə qazancımı düzgün yatırdım. Kreditə girib ev alırdım, yatırım edirdim. Anam deyir necə ağıllı uşaq olmusan? Anam deyirdi, özünü əziyyətə salma. Cavab verirdim ki, onsuz bu pulu paltara verəcəyəm. Həmişə irəlini fikirləşmişəm. Çətin günüm olanda qızılımı satıram. Yaxşı ki, vaxtında kreditə girib bahalı maşın almadım, qızıla yatırım etdim”. (axşam.az)



