Şou Biznes
“Avroviziya 2026” mahnı müsabiqəsinin ilk finalçıları məlum olub

Avstriyanın paytaxtı Vyanada “Avroviziya 2026” mahnı müsabiqəsi start götürüb. AZERFAX.az xəbər verir ki, Azərbaycanı müsabiqədə müğənni JIVA təmsil edir. O, “Just Go” adlı mahnını ifa edəcək. Xatırladaq ki, Azərbaycan təmsilçisi ikinci yarımfinalda səhnəyə çıxacaq. Dünən müsabiqənin ilk finalçıları məlum olub:
İsveç
Finlandiya
Estoniya
İsrail
Polşa
Belçika
Yunanıstan
Portuqaliya
Xorvatiya
Serbiya
Qeyd edək ki, ikinci yarımfinal mayın 14-də, final isə mayın 16-da keçiriləcək.



