Övladınızı gələcəkdə bədbəxt etmək istəmirsinizsə, bu səhvi etməyin

Son illərdə valideynlərin övladları üzərində qurduğu hədsiz nəzarət və boğucu qayğı dərəcəsi gənclərin psixi sağlamlığı üçün ciddi təhlükəyə çevrilib.
AZERFAX.AZ xəbər verir ki, ABŞ və Cənubi Koreya alimlərinin birgə keçirdiyi yeni metaanaliz, hədsiz valideyn himayəsi (hipermetret) ilə gənclərdə yaranan kəskin təşviş, depressiya və sosial izolyasiya arasında birbaşa və qorxulu əlaqələri ortaya çıxarıb.
Handon Qlobal Universitetinin mütəxəssisləri 52 fərqli elmi araşdırmanın məlumatlarını təhlil edərək müəyyən ediblər ki, yetkinlik yaşına çatmış bir çox gəncin psixoloji problemlərinin kökündə məhz vaxtilə valideynlərinin hər xırda məsələyə müdaxilə etməsi dayanır.
Ekspertlərin fikrincə, müasir valideynlər uşaqların dostları ilə fərdi münaqişələrini özləri həll edir, dərslərini və məktublarını onların əvəzinə yazır, bu isə uşaqlarda mühüm həyati bacarıq olan özünü tənzimləmə instinktini tamamilə sıradan çıxarır.
Tədqiqatlar göstərir ki, 1960-70-ci illərin nəsli daha dözümlü və güclü böyüyüb, çünki həmin dövrdə uşaqlara müstəqil seçim etmək, səhv etmək və problemini təkbaşına həll etmək imkanı verilirdi.
Avstraliyada 2200-dən çox uşaq üzərində aparılan digər bir araşdırma isə sübut edib ki, azyaşlı dövrdə valideyn nəzarəti olmadan açıq havada keçirilən sərbəst və “riskli” oyunlar uşaqların gələcəkdə stresə qarşı daha dözümlü olmasına və cəmiyyətə daha rahat adaptasiya olmasına birbaşa kömək edir.(Musavat.com)



