Sosial

Sərxoş müştəri kuryerdən qeyri-adi xahiş etdi, 100 dollar bəxşiş verdi

Türkiyədə rus turist sifarişini gətirən kuryerdən itini gəzintiyə çıxarmasını istəyib.

AZERFAX.AZ xəbər verir ki, bu vəziyyətdən təəccüblənən kuryer müştərinin qeyri-adi xahişini qəbul edərək iti çölə çıxarıb gəzdirib. Sifariş çatdırmaq üçün başlayan görüş gözlənilmədən it gəzintisinə çevrilib.

Müştəri kuryənin bu jestindən razı qalaraq ona 100 dollar bəxşiş verib. Qeyd edək ki, hadisə sosial mediada diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button