İdman
Barselona La Liqada qalib gəldi, liderliyini möhkəmlətdi – Video

“Barselona” futbol üzrə İspaniya çempionatının 31-ci turu çərçivəsində səfərdə “Leqanes”i məğlub edib. Şənbə günü Leqanesdə baş tutan görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Leqanes”in müdafiəçisi Xorxe Saens 48-ci dəqiqədə topu öz qapısına çatdırıb. Bununla da xallarının sayının 70 -ə çatdıran “Barselona” turnir cədvəlində liderlik etməkdə davam edir. İkinci pillədə qərarlaşan “Real Madrid”in aktivində 63 xal və ehtiyatda bir oyunu var. “Leqanes” (28 xal) sondan əvvəlki yerdədir.