Dünya

Qətərin cəhdləri boşa çıxdı – Müharibənin yenidən alovlanması riski artır

Qətərin bu həftə ABŞ və İran arasında diplomatik irəliləyişə nail olmaq cəhdləri tərəflərin güzəştə getməyə hazır olmaması səbəbindən nəticə verməyib.

AZERFAX.AZ xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, nəzərəçarpacaq irəliləyişin olmaması iki ölkə arasında hərbi əməliyyatların bərpa olunması riskini artırır. Jurnalistlər ehtimal edirlər ki, ABŞ Prezidenti Donald Tramp noyabr ayına nəzərdə tutulmuş Konqresə aralıq seçkilərindən sonra hərbi əməliyyatı bərpa edə bilər.

Portalın mənbələri iddia edirlər ki, Qətər nümayəndələri diplomatik səyləri davam etdirmək niyyətindədirlər, lakin hər iki tərəfin mövqeyindən məyus olublar.

Sentyabrın 28-də Qətərin Tehranın nüvə proqramı üzrə güzəştlərə getməsi müqabilində İrandan blokadanın götürülməsini nəzərdə tutan kompromis təklifi müzakirə olunub. Görüşdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens də iştirak edib. Lakin irəliləyiş əldə etmək mümkün olmayıb.

“Danışıqlar dalana dirənib. İran ABŞ-nin qəbul edə bilməyəcəyi tələblər irəli sürür, ABŞ isə hesab edir ki, onlar qalib gəlirlər, buna görə də kompromisə getməyə ehtiyac yoxdur”, – deyə mənbə bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button