İdman
Həbib rəqiblərini belə sındırırmış: Qəfəsdə şeyx idim

Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov səkkizbucaqlıda rəqiblərinin iradəsini necə qırdığı haqda danışıb.
AZERFAX.AZ xəbər verir ki, Nurməhəmmədov ABŞ-ın Nyu-Cersi ştatında azarkeşlərlə görüşündə bildirib:
“Düzünü desəm, mən rəqiblərimlə qəfəsin içində çox danışıram. Və bu, onlara ciddi təsir göstərir. Mən buna “bədən dili” deyirəm. Döyüş tərziniz, hərəkət tərziniz, rəqibinizi necə idarə etməyiniz, danışığınız. Bunu başa düşməyə bilərsiniz, çünki bu, fərqli bir dünyadır. Siz dini şeyxsiniz, mən isə qəfəsin içində şeyx idim”.
Həbib MMA-da 29 döyüş keçirib və hamısında qalib gəlib.



