İdman
İspaniya klubu ermənidən imtina etdi

İspaniyanın “Real Sosyedad” klubunun yarımmüdafiəçisi Arsen Zaxaryan “Krasnodar”a keçməyə yaxındır.
AZERFAX.AZ xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Mənbənin sözlərinə görə, transfer iki həftə ərzində yekunlaşa bilər.
Daha əvvəl “Krasnodar”ın erməni yarımmüdafiəçi və Ermənistan millisinin kapitanı Eduard Spertsyanı 25 milyon avroya Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubuna transferinə razılıq verdiyi bildirilirdi.
23 yaşlı Zaxaryan 2023-cü ilin yayında Moskva “Dinamo”sundan “Real Sosyedad”a keçib və İspaniya klubunda 65 oyunda iştirak edib və 3 qol vurub. Son iki mövsümdə yarımmüdafiəçi zədə səbəbindən komandanın 43 oyununu buraxıb.



