İdman
“Kəpəz”-in baş məşqçisi : “ Komandanın içərisində problem var”.

“Komandanın içərisində problem var. İnşallah, həmin problemi axtarıb tapacağıq. Qarşıdakı turlara köklənəcəyik”. AZERFAX.az xəbər verir ki, bu açıqlamanı Misli Premyer Liqasının XXVI turunun “Sumqayıt”a məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında “Kəpəz”in baş məşqçisi Azər Bağırov deyib. O məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Bu gün ən zəif oyunumuzu oynadıq. İlk hissədə qol vəziyyətləri yaratsaq da, bu fürsətlərdən istifadə edə bilmədik. İki fərqli hissə izlədik. Qol fürsətlərindən yararlana bilməyəndə komandada ruh düşkünlüyü yaranır. İkinci hissədəki çıxışımızı isə ümumiyyətlə bəyənmədim” deyə Bağırov əlavə edib.
Qeyd edək ki, XXVI turda “Sumqayıt” doğma meydanda “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib.
AZERFAX.az