İdman

Məğlub etdiyi döyüşçüyə 100 min dollar verdi

Kamerunlu keçmiş UFC çempionu Frensis Nqannu, ilk MVP turnirinin üçüncü ən yüksək profilli döyüşündə “Gecənin performasnı”na görə aldığı 100 min dollar bonusu məğlub etdiyi Filip Linsə verib.

Döyüş Nqannunun birinci raundda nokautla qələbəsi ilə başa çatdı.

AZERFAX.AZ xəbər verir ki, “talkSPORT” Nqannunun sözlərini sitat gətirib:

“Yüksəlişinə baxmayaraq, düşünürəm ki, o, qiymətləndirilməyib. Çox insanın onu tənqid etdiyini gördüm. Əlbəttə ki, bu gün döyüşdüyüm oğlanı məğlub etdim, amma o, güclü idi. Yeri gəlmişkən, düşünürəm ki, o, “Gecənin performans” bonusuna layiqdir. Biz ona bonus verməliyik”.

Related Articles

Bir cavab yazın

Back to top button