Onlar bazukadan, digərləri tapançadan atəş açırlar

Antonio Konte yenidən İngiltərədə işləmək perspektivinin onu cəlb etdiyini bildirib.
AZERFAX.AZ xəbər verir ki, 57 yaşlı məşqçi qeyd edib ki, heç bir Avropa liqasının Premyer Liqa klubları qədər maliyyə imkanları yoxdur.
“İngiltərədə bazuka ilə atəş açırlar, digərləri isə hələ də tapançadan istifadə edirlər.
Amma pulumuzu necə xərclədiyimiz barədə ağıllı olmalıyıq. Buna görə də əvvəllər vəziyyəti düzgün qiymətləndirmək və aydın bir vizyona sahib olmaq barədə danışmışdıq: pul orada ola bilər, amma ağıllı şəkildə xərclənməlidir”, – deyə Konte bildirib.
İtaliyalı mütəxəssis daha əvvəl Premyer Liqada “Çelsi” və “Tottenhem” klublarını çalışdırıb.
Mütəxəssis ötən mövsümün sonunda “Napoli”dən ayrıldıqdan sonra klubsuz qalıb. Antonio qeyd edib ki, mövsüm ərzində iş təklifinə açıqdır.



