İdman
“Qalatasaray”dan böyük transfer həmləsi


“Qalatasaray” İngiltərə millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodeni transfer etmək üçün hərəkətə keçib.
AZERFAX.AZ xəbər verir ki, İstanbul təmsilçisi 25 yaşlı futbolçu ilə bağlı danışıqlara başlayıb. İngiltərəli oyunçunun klubla müqaviləsinin son ilinə daxil olması onun gələcəyi ilə bağlı suallar yaradıb. “Qalatasaray” bu vəziyyəti fürsət kimi qiymətləndirir və transfer üçün icarə və ya birdəfəlik satınalma variantlarını nəzərdən keçirir.
Qeyd edək ki, Fil Fodenin transfer dəyərinin təxminən 70 milyon avro olduğu göstərilir.



