İdman
Tayson Fyurinin azyaşlı qızı ərə getdi

İkiqat dünya çempionu, britaniyalı boksçu Tayson Fyurinin 16 yaşlı qızı Venesuela Fyuri ərə gedib.
AZERFAX.AZ xəbər verir ki, Fyurinin seçdiyi şəxs 19 yaşlı həvəskar boksçu Noa Praysdır. Toy mərasimi Men adasında baş tutub. Burada valideynlərin razılığı ilə qanuni evlilik yaşı 16-dır.
Gəlinin anası Paris Fyuri, “Mirror” qəzetinə verdiyi açıqlamada, “Venesuela yaşına görə çox yetkindir. O, qısa müddətdə çox şeyə nail olub, sadəcə kimliyi və böyüməsinə kömək etdiyi altı kiçik bacı-qardaşı olması sayəsində”, – deyə bildirib.




